Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı arasında Saziş imzalanıb

809

Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2023-2025-ci illər üzrə Sahə Kollektiv Sazişi bağlanıb.

Sazişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqları Haqqında” Qanuna, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün bağlanılmış Baş Kollektiv Sazişə və digər qanunvericilik aktlarına müvafiq olaraq, Gənclər və İdman Nazirliyi sistemində çalışan işçilərin sosial əmək münasibətlərinin və onların sosial müdafiəsinin tənzimlənməsi məqsədi daşıyır.