Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Əməyin Mühafizəsi Günü ilə əlaqədar konfrans keçirib

569

Kənd Təsərrüfatı Nazirliyi ilə qurumun Birləşmiş Həmkarlar İttifaqı Komitəsi birlikdə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Aqrar sahədə əməyin mühafizəsi” mövzusunda konfrans keçirib.

Konfrans aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə əməyin təhlükəsizliyinə həsr edilib.

Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev və Birləşmiş Həmkarlar İttifaqının sədri Fuad Məmmədov əməyin mühafizəsi və təhlükəsizliyindən, layiqli iş şəraitinin yaradılmasının zəruriliyindən danışıblar.

Bildirilib ki, iş yerlərində əməyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş nəzarət-profilaktik tədbirlər gücləndirilməli, müəssisələrdə əməyin mühafizəsinin yüksək səviyyəsinin təmin edilməsi üçün praktiki iş aparılmalıdır.

Qeyd edək ki, konfrans çərçivəsində panel iclaslar da təşkil edilib, müzakirələr aparılıb.

Sonda Aqrar Xidmətlər Agentliyi, Şamaxı üzümçülük və tingçilik müəssisəsi, “P-Aqro” pambıq istehsalı müəssisəsi əməyin təhlükəsizliyi sahəsində nümunəvi fəaliyyətinə görə, mükafatlandırılıb.