Aqrar sahədə texniki nəzarət işinin təşkili

665

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirlik və tabeli qurumlarla birlikdə Dövlət Texniki Nəzarət Müfəttişliyinin yaradılmasının 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan KTN-nin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq, Nazirliyin qarşısında aqrar sahədə məhsuldarlığı artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Bu baxımdan müasir texnika və texnologiyalardan istifadə etmək bacarığına malik peşəkar kadrlara ehtiyac artır.

Tədbirdə çıxış edən KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov kənd təsərrüfatı texnikası istifadəçilərinin təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, aqrar sahə də intensiv olaraq mexaniki nəqliyyat vasitələrindən istifadə edildiyindən bu sahədə əməyin mühafizəsi müəssisələrinə xüsusi diqqət yetirilməlidir. Fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədi ilə mütəmadi monitorinqlər keçirilir, aqrar sahədə çalışan işçilər mütəmadi olaraq təlimlərə cəlb olunur.

Tədbirin sonunda aqrar sahədə texniki nəzarətin təşkili işində fərqlənən müfəttişlərə fəxri diplom və təşəkkürnamələr verilib.