ƏSMA-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə elmi-praktik konfransı keçirilib

479

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İnsan kapitalına investisiya qoyuluşu və onun səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda bakalavr və magistrantların Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda Akademiyanın tələbələri ilə yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universitetinin tələbələri öz elmi məqalələri ilə çıxış ediblər.

Konfransı giriş sözü ilə açan Akademiyanın tədris və elmi işlər üzrə prorektoru, professor Fərhad Möhbalıyev dövlətin əsas siyasətinin insan kapitalı olmasından, bu siyəsətin əsasını Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə qoyulduğundan, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb.

Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunan videoçarx izlənilib, müvafiq olaraq üç nəfər bakalavr və magistrantın məruzələri dinlənilib. Plenar iclasdan sonra konfrans öz işini “İqtisadiyyat” , “Maliyyə”, “Humanitar və sosial elmlər” , “İKT və təbiət elmləri” bölmələri üzrə davam etdirib.

Sonda tələbələr sertifikatla təltif olunub.