Heydər Əliyev “Azərbaycan hüquqi dövlət quruculuğunun banisidir” mövzusunda Dəyirmi masa təşkil olunub

615

14 mart 2023-cü il tarixində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında ölkə başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr Sərəncamına uyğun olaraq “Heydər Əliyev ili” çərçivəsində H.Əliyev “Azərbaycan hüquqi dövlət quruculuğunun banisidir” mövzusunda Dəyirmi masa təşkil olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi iştirakçılar tərəfindən anıldı. Mövzu ilə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış etdi. Natiq çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətində həm də demokratik-hüquqi islahatların banisidir. Bir vaxtlar məhv olmuş, müasir tələblərə cavab verməyən hüquq sistemi də ulu öndərin hakimiyyətə gəlişindən sonra inkişaf yoluna qədəm qoydu, bu sahədə fəaliyyət göstərən dövlət təsisatları ən yüksək standartlara müvafiq şəkildə yenidən formalaşdırıldı. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratdı. H.Qurbanovun Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələri şagirdlərimizdə xüsusi maraq doğurdu.

Daha sonra gimnaziyanın Tarix Klubunun fəalları Sinan Əlizadə və Ağayar Eminli “Heydər Əliyev və dövlət quruculuğu” mövzusunda çıxışlarını təqdim etdilər.

Sonda professor Habil Qurbanov şagirdlərin suallarını cavablandırdı, onlara tövsiyyələrini bildirdi.

Dəyirmi masada AMEA Şərqşünaslıq İnstitunun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, gimnaziyanın rəhbərliyi, Klub üzvləri iştirak edirdi.