Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi “Peşəkar sürücü-səriştə turniri”nin qaliblərini mükafatlandırıb

583

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsində işləyən sürücülər arasında “Peşəkar sürücü-səriştə turniri” keçirilib. Turnirin məqsədi sürücülərin peşəkarlıq səviyyəsinin ölçülməsi, kollektivin gündəlik iş fəaliyyətinin təşkilində mühüm rol oynayan çətin və məsuliyyətli peşə sahiblərinin əməyinə diqqət göstərilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsidir.

Turnir yol hərəkəti qaydalarına riayət olunma, nəqliyyat vasitəsinin düzgün istismarı və sürücülük təcrübəsinin nümayiş etdirilməsi üçün test yürüşü mərhələlərindən ibarət olub. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi müsabiqədə I yerin qalibinə 300 manat, II yerin qalibinə 200 manat, III yerin qalibinə 100 manat məbləğində mükafat verib.