FHN işçilərinin Həmkarlar İttifaqı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

522

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Nazirliyin bir qrup qadın əməkdaşı iştirak edib.

Tədbirdə çıxış edən Nazirliyin qadın əməkdaşları ölkədə uğurla reallaşdırılan dövlət qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.