Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı aztəminatlı ailələrə bayram sovqatları verib

638

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizlə yanaşı, Azərbaycan həmkarlar ittifaqlarının da diqqətindədir.

Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə həmin kateqoriyadan olan insanlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları tərəfindən sovqatlar göndərilir, hədiyyələr verilir.

Ənənənin davamı olaraq, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı münasibətilə Respublikanın rayonlarında yaşayan 2091 aztəminatlı ailəyə, o cümlədən ittifaq üzvlərinə bayram sovqatları paylayıb.

Qeyd edək ki, digər sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə ərzaq yardımları göstərirlər.