Deputat həmkarımıza qarşı törədilən terror aktını qətiyyətlə pisləyirəm

548

“Ötən gecə deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktını şiddətlə qınayıram. Əminəm ki, qüdrətli dövlətimizin hüquq-mühafizə orqanları bu xain silahlı hücumun icraçılarını və sifarişçilərini tezliklə aşkarlayaraq məsuliyyətə cəlb edəcəklər”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Görünür, ölkəmizdə bərqərar olan siyasi sabitlik kimlərinsə gözünü qamaşdırır. Bu cür əməllərlə cəmiyyətdə çaxnaşma, qorxu yaratmağa uğursuz cəhdlər edirlər. Amma unudurlar ki, Azərbaycan xalqı dünyanın ən müdrik xalqlarındandır və öz dövlətinin ətrafında dəmir yumruq kimi birləşib. 2020-ci ildə bütün dünya Azərbaycan xalqının mətinliyini və dövlətinin sarsılmaz qüdrətini gördü. Terrorun təşkilatçıları birmənalı şəkildə anlasınlar ki, bu xalqın iradəsinə heç bir şəkildə təsir edə bilməzlər”, – Milli Məclisin deputatı deyib.