Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti seçildi

921

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (UAMİF) vitse-prezidenti vəzifəsinə seçilib.

6 mart 2023-cü il tarixində Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası (UAMİF) Türkiyənin Ankara şəhərində keçirilmiş Mərkəzi Komitəsinin 55-ci iclasında iştirak etmişdir. İclası Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının Baş katibi Yusuf Ziya Odabaş açdı, sonra Federasiyasının Prezidenti Pevrul Kavlak iclası giriş sözü ilə davam etdirib.

7 mart 2023-cü il tarixində Ankara şəhərində Grand Mercure otelində Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının X Qurultayı keçirilmişdir. Qurultayda Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Vedat Bilgin və Türk Həmkarlar İttifaqının (TÜRK-İŞ) Konfederasiyanın sədri Ergün Atalay iştirak ediblər.

Keçirilən seçkilərdə Pevrul Kavlak yekdilliklə 5-ci dəfə UAMİF-in Prezidenti seçilib.

Qurultayda Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (UAMIF) vitse-prezidenti vəzifəsinə seçildi.

Gündəlik üzrə nümayəndələrin çıxışlarının sonunda UAMİF nümayəndələrinin X Qurultayda təqdim edilmiş işçi hesabatı və Təftiş Komissiyası Komitəsinin hesabatı yekdilliklə təsdiq edilib.