Həmkarlar ittifaqlarının veteranları mükafatlandırılıb

389

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illik yubileyi ərəfəsində həmkarlar ittifaqı veteranları ilə görüş keçirilib. İclasda AHİK-in yaranma tarixindən, keçdiyi inkişaf yolundan, həmçinin zəhmətkeşlərin hüquqlarının qorunması, onların sosial problemlərinin həlli və istirahətləri, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışılıb. Sonda həmkarlar ittifaqlarının fəaliyyətində xidmətləri olmuş veteranlar mükafatlandırılıb.