Fəlsəfə və Sosiologiya İnstitutunda AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib

471
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar ittifaqının sədri Asya Əhmədova çıxış edərək AHİK-in yaranma tarixindən, inkişaf yolundan, fəaliyyətindən, xüsusən bu illər ərzində şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb. F.f.d., dosent Zeynəddin Şabanov “Sosial əmək münasibətlərinin tənzimlənməsində Həmkarlar İttifaqlarının rolu” mövzusunda çıxış edib. O, çıxışında həmkarlar ittifaqının mahiyyətindən, cəmiyyətdə insanların sosial təminatının yaxşılaşmasındakı sosial lift rolu və vəzifələrindən söz açıb. Tədbir mövzu ətrafında digər çıxışlarlarla davam edib.