ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib

950

Fevralın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.

Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.

Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.

Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.