AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib

531

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib.

Başsağlığında deyilir:

“Dost və qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər biz dərindən kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Türkiyənin həmkarlar ittifaqlarının rəhbərlərinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.