“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasında AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib

921
Yanvarın 27-də “Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, AHİK sədrinin müavini Əbil Ağasıyev və digər çıxış edənlər AHİK-in tarixindən, keçdiyi inkişaf yolundan, fəaliyyət istiqamətlərindən, əldə etdiyi nailiyyətlərdən və qarşılaşdığı problemlərdən, həmçinin əmək hüquqlarının qorunmasında xidmətlərindən, işçilərin istirahətinin təşkili istiqamətində gördüyü işlərdən danışıblar. Eyni zamanda ölkənin ictimai və sosial həyatında AHİK-in fəaliyyəti barədə statistik məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Sonda Federasiyanın 17 üzvü həmkarlar ittifaqının işində göstərdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif olunub.