Səhiyyə işçiləri AHİK-in 30 illiyi münasibətilə tədbir keçiriblər

1179

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tədbir keçirilib. Tədbirdə Respublika Komitəsinin əməkdaşları, Rəyasət Heyətinin üzvləri, Bakı şəhərinin rayon səhiyyə işçiləri həmkarlar ittifaqı şuralarının, böyük tibb təşkilatlarının həmkarlar ittifaqı komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak ediblər. Öncə Vətən uğrunda qəhramancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov çıxış edərək həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, funksiyalarından, cəmiyyətin inkişafında rolundan danışıb. Digər çıxış edənlər əmək hüquqlarının qorunmasında, əməkçilərə layiqli iş şəraitinin yaradılmasında, onların istirahətlərinin təşkilində həmkarlar ittifaqlarının gördüyü işlərdən bəhs ediblər.