Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin Məclisi keçirilib

1896

Yanvarın 17-də Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin (GİHİB) Məclisi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Məclisdə iştirak edib.

İclasda təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Belə ki, GİHİB-nin sədri Səfər İbrahimov başqa işə keçdiyi üçün öz ərizəsi əsasında Məclisin qərarı ilə vəzifəsindən azad edilib. GİHİB-nin sədri vəzifəsinə Rövşən Namazov, sədr müavini vəzifəsinə isə Asəf Ağayev seçilib. Həmçinin Məclisin tərkibində də bir sıra dəyişkiliklər edilib.

Sonda qarşıda duran vəzifələr barədə rəy və təkliflər bildirilib.