Gəncədə AHİK-in 30 illiyi münasibətilə konfrans keçirilib

608

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə növbəti zona konfransını Gəncə şəhərində keçirib. Konfransın mövzusu “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış”  olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Gəncə, Naftalan şəhər, Kəlbəcər, Xocalı, Goranboy, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Ağstafa, Tovuz rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib.

Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev və həmkarlar ittifaqı fəalları çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan, təşkilatın həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıblar.

Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.