“Baku Stil Kompani”də AHİK-in yubileyi qeyd edilib

474

“Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyində AHİK-in 30 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin büstü qarşısına və şəhidlər güşəsi qarşısına güllər qoyulub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə AHİK-in tarixindən, keçdiyi inkişaf yolundan, fəaliyyətindən, əldə etdiyi nailiyyətlərdən, həmçinin əmək hüquqlarının qorunmasında, işçilərin istirahəti və sanatoriya-kurort müalicəsinin təşkili istiqamətində gördüyü işlərdən danışılıb. Sonda Birliyin sədri A.Abbasov fəal həmkarlar ittifaqı üzvlərini fəxri fərmanla təltif edib.