Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumla bağlı bəyanat yayıb

512

Bəyanatda deyilir:

“Yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə edilmiş silahlı hücumu kəskin şəkildə pisləyir və Azərbaycan həmkarlar ittifaqları adından törədilən terror hadisəsinə etirazımızı bildiririk.

Bəyan edirik ki, bu terror hadisəsi ümumilikdə Azərbaycan dövlətinə və onun xalqına, dünya azərbaycanlılarına, o cümlədən güneyli soydaşlarımıza qarşı yönəlmiş hücumdur və beynəlxalq cinayətdir.

Baş vermiş hadisəyə görə, məsuliyyət birbaşa İranın üzərinə düşür. Belə ki, səfirliyin mühafizəsini və əməkdaşların təhlükəsizliyini beynəlxalq konvensiyalarla İran tərəfi təşkil etməlidir. Amma bu terror aktından aydın olur ki, İran beynəlxalqhüquqa məhəl qoymayaraq üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməyib.

Məlumdur ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün qonşuları ilə, o cümlədən İranla mehriban qonşuluq prinsiplərinə üstünlük verib. İran isə Azərbaycana qarşı münasibətdə heç vaxt səmimi olmayıb. Bu halAzərbaycanın Ermənistan üzərində parlaq qələbə çalaraq işğal altındakı torpaqlarını azad etdikdən sonra daha da kəskinləşib. Bu ölkədə anti-Azərbaycan təbliğatına geniş yer verilib, demək olar ki, düşmən obrazı yaradılıb. Hətta İranın bir sıraqurumları və dini dairələri, həmçinin mediası tərəfindən dövlətimizə qarşı təhdid dolu bəyanatlar səsləndirilib. Bunun qarşısının alınması ilə bağlı rəsmi Tehrana ünvanlanmış bütün müraciətlər isə cavabsız qalıb. Bir daha aydın olur ki, törədilən qanlı terror hadisəsi aparılan çirkin təbliğatın davamıdır.

Azərbaycan həmkarlar ittifaqları adından İrandan tələb edirik ki, baş verən qanlı hadisənin məsuliyyətini dərindən dərk etsin və məsələyə ciddi yanaşsın. Terror hadisəsinin dəqiq araşdırılması, sifarişçilərinin, təşkilatçılarının və icraçılarının müəyyən edilməsi və ən sərt qaydada cəzalandırılması istiqamətində tədbirlər görsün. Həmçinin gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi addımlar atsın”.

AHİKİcraiyyə Komitəsinin üzvləri:

AHİK-in sədri, millət vəkili                                                   S.Möhbalıyev

AHİK sədrinin I müavini                                                                İ.Əliyev

AHİK sədrinin müavini                                                         A.Dadaşov

AHİK sədrinin müavini                                                         C.Alxasov

AHİK sədrinin müavini                                                         Ə.Ağasiyev

AHİK sədrinin müavini                                                                  H.Osmanov

Aviasiya İşçiləri HİRK-in sədri                                             M.Əsədov

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı

İşçiləri Hİ-nin sədri                                                               H.Kərimov

Azərbaycan Milli Elmlər Akademiyası

İşçiləri Azad Hİ-nin sədri                                                       H.Qurbanov

Bələdiyyə İşçiləri HİRK-in sədri                                            M.Xəlilov

«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri                              A.Abbasov

Dəmiryolçuların Müstəqil HİRK-in sədri                              F.Bağırov

Dəniz Nəqliyyatı İşçiləri

HİRK-in sədri                                                                         S.Allahverdiyev

Elektroenergetika və Elektrotexnika

Sənayesi İşçiləri HİRK-in sədri                                                       M.Mirzəyev

Fövqəladə Hallar Nazirliyi İşçiləri

HİK-in sədri                                                                          M.İsmayılov

Gömrük İşçiləri Həmkarlar İttifaqı

Birliyinin sədri                                                                      R.Namazov

“Xidmət-İş» Hİ Federasiyasının

vitse-prezidenti                                                                      C.İsmayılov

“İnşaat-İş” Hİ-in sədri                                                           U.Hüseynov

Su Təsərrüfatı İşçiləri HİRK-in sədri                                              A.Məmmədov

“Kənd-Qida-İş” Hİ

Federasiyasının sədri                                                             T.Quliyev

Metal İşçiləri Hİ Federasiyasının

prezidenti                                                                              B.Yusifov

Mədəniyyət İşçiləri HİRK-in sədri                                         A.Atakişiyev

Müdafiə Sənayesi İşçiləri

HİRK-in sədri                                                                        S.Mahmudov

Metropoliten İşçiləri Hİ-in sədri                                           A.Mərdanov

Naxçıvan Muxtar Respublikası

Hİ Şurasının sədri                                                                           A.İbrahimov

Neft və Qaz Sənayesi İşçiləri

HİRK-in sədri                                                                        C.Əliyev

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək

Texnologiya İşçiləri HİRK-in sədri                                        R.Səfərov

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye

İşçilərinin HİRK-in sədri                                                       M.Salmanov

Səhiyyə İşçiləri HİRK-in sədri                                                        E.Əfəndiyev

Təbii Sərvətlər və Ekologiya İşçiləri

HİRK-in sədri                                                                        T.Quliyev

Təhsil İşçiləri Azad HİRK sədrinin

birinci müavini                                                                     H.Nağıyev

Yerli Sənaye və Kommunal Məişət

Müəssisələri İşçilərinin HİRK-in sədri                                   T.Hacıyev