Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları təltif olunub

1243

Aqrar Kredit və İnkişaf Agentliyində ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) sədri və əməkdaları iştirak edib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan,fermerlərə yaradılan əlverişli şəraitdən danışıb. O, Agentliyin daim aqrar sahənin inkişafını, kənd yerlərində məşğulluğun artırılması istiqamətində fermerlərin fəaliyyətini dəstəklədiyini bildirib.

BHİK sədri Fuad Məmmədov işçilərə əmək qanunvericiliyi ilə şamil olunan hüquqlarının müdafiəsi,onların sosial-iqtisadi maraqlarının təmin olunması,qabaqcıl işçilərə fəxri fərman və mükafatların verilməsi barədə məlumat verib. Qeyd edib ki, əməkçilərin hüquqlarının müdafiəsi, onların sağlamlığı, istirahətlərinin təşkili və digər məsələlər bundan sonra da həmklarlar təşkilatının diqqət mərkəzində olacaq və bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

Sonda bir qrup əməkdaşı BHİK-in fəxri fərmanı ilə təltif olunub.