AHİK sədri Səttar Möhbalıyev PARŞ Rəhbərlər Komitəsinin onlayın iclasında iştirak edib

514

Yanvarın 11-də Pan Avropa Regional Şurası (PARŞ) Rəhbərlər Komitəsinin onlayın iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, PARŞ-nin vitse-prezidenti Səttar Möhbalıyev iclasda iştirak edib.

Tədbiri giriş sözü ilə açan PARŞ-nin prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

İclasda görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, bu il martın 11-də keçiriləcək Baş Şuranın iclasına hazırlıq, Belarusda həmkarlar ittifaqlarının son vəziyyəti barədə məsələlər geniş müzakirə olunub.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi