AHİK 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edib

704

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hər zaman şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, o cümlədən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə xüsusi qayğı ilə yanaşır, lazımi maddi və mənəvi dəstəyi göstərir.

Ənənənin davamı olaraq, AHİK İcraiyyə Komitəsi 20 Yanvar şəhidlərinin ailələrinə 23 500 manat birdəfəlik maddi yardım göstərilməsi barədə qərar qəbul edib. Belə ki, həmin kateqoriyadan olan 94 şəhid ailəsinin hər birinin bank hesabına 250 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.

Qeyd edək ki, AHİK bundan sonra da şəhid ailələrinə və qazilərə, müharibə veteranlarına hərtərəfli dəstəyini davam etdirəcək.