SÖEYSİHİ RK-nın 6-cı Plenumu keçirilib

476

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SÖEYSİHİ RK) VI Plenumu keçirilib.

İclasda Respublika Komitəsinin rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və nümayəndələri iştirak ediblər.

Gündəliyə 2022-ci ildə görülən işlər, qarşıda duran vəzifələr, gender bərabərliyi və təşkilati məsələlər daxil edilib.

Komitənin sədri Məmmədəli Salmanov ölkəmizin iqtisadi qüdrətindən, bu istiqamətdə aparılan islahatlardan, sahibkarlığın inkişafına yaradılan şəraitdən, əlverişli biznes mühütündən danışıb, həmçinin 2022-ci ildə Komitə tərəfindən görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra gündəlikdə duran məsələlərlə bağlı digər çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.