Dövlət Radiotezliklər İdarəsində “Kollektiv müqavilə” imzalanıb

653

Dövlət Radiotezliklər İdarəsi ilə həmin qurumun Həmkarlar ittifaqı komitəsi arasında 2022-2024-cü illəri əhatə edəcək “Kollektiv müqavilə” imzalanıb. Tədbirdə imzalanan “Kollektiv müqavilə”nin əhəmiyyəti, məqsəd və vəzifələri, həmçinin şərtləri barədə əməkdaşlara ətraflı məlumat verilib. Qeyd edək ki, müqavilənin imzalanmasında əsas məqsəd Dövlət Radiotezliklər İdarəsi əməkdaşlarının əmək, sosial və iqtisadi hüquqlarının müdafiə olunması, eləcə də digər mənafelərinin təmin edilməsidir.