Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Plenumu keçirilib

836

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Plenumu və Respublika Komitəsi Rəyasət Heyətinin 19-cu iclası keçirilib. Plenumda Respublika Komitəsinin üzvləri və Plenumun üzvü olmayan digər həmkarlar ittifaqı təşkilatı sədrləri, təşkilatların mühasib və xəzinədarları, həmçinin Mərkəzi Təftiş Komissiyasının üzvləri də iştirak etmişdir. Plenuma Respublika Komitəsinin sədri H.S.Osmanov sədrlik  etmişdir. Plenumun gündəliyinə uyğun olaraq aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Həmkarlar İttifaqı orqanlarında uzunmüddətli səmərəli əmək fəaliyyətini, üzvlərin sosial müdafiəsində göstərdiyi xidmətlərini nəzərə alaraq 70 illik yubileyi münasibətilə Şəki rayon komitəsinin sədri Babayev Qüdrət Əhməd oğlu AHİK-in “Həmkarlar ittifaqında xidmətlərinə” görə medalı ilə təltif edilmişdir.

DİİXİ Hİ müəssisə və təşkilatları arasında “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilmiş müsabiqənin yekununa görə ən yaxşı nəticəyə nail olan Xızı rayonu üzrə maliyyə şöbəsi diplomla təltif edilmişdir. İclasda bir neçə həmkarlar ittifaqı sədr və fəallarının yubileyləri münasibətilə təltif olunması, bir sıra həmkarlar ittifaqı təşkilatlarına yeni seçilmiş sədrlərin təsdiqi, DİİXİ Hİ Respublika Komitəsinin və aparatının 2023-cü ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi, 2022 – 2023-cü tədris ili üçün həmkarlar üzvlərinin ali məktəblərdə əla və yaxşı oxuyan tələbə övladlarına DİİXİ Hİ Respublika Komitəsi tərəfindən  verilən təqaüdün davam etdirilməsi, Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin  ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə DİİXİ Hİ Respublika Komitəsinin müəssisə və təşkilatlarında keçirilmiş Respublika baxış-müsabiqısinin yekunları, Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi həmkarlar ittifaqı üzvlərinə edilən maddi yardımların təsdiqi, 8 noyabr Zəfər Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı sistemində çalışan II Qarabağ müharibəsi iştirakçılarına hədiyyə almaq üçün ayrılmış maliyyə vəsaitinin təsdiqi, şəhid ailələrinin himayəyə götürülməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin müraciətinə baxılması, bir neçə həmkarlar ittifaqı təşkilatının maliyyə-təsərrüfat fəaliyyətlərinin araşdırılmasının nəticələri barədə təqdim edilmiş arayış həmin təşkilatların sədr, mühasib və xəzinədarlarının iştirakı ilə geniş müzakirə olunmuş, maliyyə sənədləşmələrinin, mədaxil və maxaric orderlərinin tərtibində, ümumiyyətlə, xərc maddələri üzrə vəsaitin düzgün bölüşdürülməsində, xərclənmiş vəsaitin mühasibatlıqda sənədləşdirilməsində, maliyyə intizamına riayət olunmasında, yollayışların verilməsi və qismən dəyərinin ödənilməsində bir sıra nöqsanlara yol verildiyi sədrlərin diqqətinə çatdırılmış, yol verilən catışmazlıqların tezliklə aradan qaldırılması üçün sədr,mühasib və xəzinədarlara ciddi xəbərdarlıq edilmiş və işlərində qısa müddətdə dönüş yaratmaq üçün tövsiyyələr verilərək müfaviq qərar qəbul edilmişdir.