AHİK tərəfindən övladları himayəyə götürülmüş şəhidin ailəsi ziyarət olunub

684

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov bu ilin 12-14 sentyabrında Ermənistanın hərbi təxribatının qarşısını alarkən şəhid olmuş Seyfəddin Muradovun ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidin həyatından, nümunəvi hərbi xidmətindən, Vətənə sədaqətindən, yüksək döyüş ruhundan danışılıb. Şəhidin ailəsi onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, buna görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən şəhid Seyfəddin Muradovun iki azyaşlı övladı himayəyə götürülüb, 18 yaşına çatanadək onlara aylıq müavinət ödənilir.