Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində şəhid ailələri ilə görüş keçirilib

676

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Nail Orucov, Baş leytenant Rəşad Rəhimov, kiçik çavuş Şəhriyar Qasımov, əsgər Elnur Qarayev, könüllü əsgər Nurəhməd Ulubəyovun ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Vətən uğurunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı Vətən müharibəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından, yüksək döyüş ruhundan, əsgər analarının dəyanətindən, həmçinin ölkəmizdə şəhid ailələrinə olan ali münasibətdən danışılıb. Şəhid ailələri istər dövlət səviyyəsində, istərsə də ictimai təşkilatlar və vətəndaşlar tərəfindən onlara göstərilən qayğıdan razılıq ediblər. Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin qurumun həmkarlar ittifaqları diqqət və qayğısını onlardan əsigəmir.