Məcburi əməyə qarşı növbəti seminar keçirilib

478

Astara rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Beynəlxalq Əmək Təşkilatının (BƏT) icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının tətbiqində həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə AHİK-in Təşkilat işləri və məlumat  şöbəsi müdirinin müavini Əli Cəfərov, baş mütəxəssis Natiq Quliyev, Astara və ətraf rayonlarda fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının yerli nümayəndələri iştirak ediblər.

Öncə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamları çatdırılıb.

Ə.Cəfərov çıxışında ümumi beynəlxalq problem olan məcburi əməkdən, bu sahədə insanların pozulan hüquqlarından, məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolundan və üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, ölkəmizdə 105 saylı konvensiyanın tətbiqi prioritet məsələdir.

O həmçinin AHİK tərəfindən məcburi əməyə qarşı həyata keçirilən tədbirlər, bunun əhəmiyyəti və nəticələri barədə iştirakçılara məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.