KTN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri şəhid ailələrini ziyarət edib

786

Azərbaycanın həmkarlar ittifaqları Zəfər bayramı ilə əlaqədar şəhid ailələri ilə görüşləri davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) sədri Fuad Məmmədov və qurumun nümayəndələri bayram ərəfəsində Xaçmaz, Kürdəmir, Zərdab və Füzuli rayonlarında olublar. Onlar rayon rəhbərliklərinin eləcə də, Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları ilə birlikdə şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Həmçinin 4 rayonda qeydiyyatda olan bütün şəhid ailələrinə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” müəssisəsinin istehsal etdiyi məhsullardan ibarət ərzaq sovqatı verilib.

Şəhid ailələri onlara göstərilən mənəvi dəstəkdən razı qaldıqlarını bildirib, dövlətimizin hər zaman onların yanında olduqlarını məmnuniyyətlə qeyd ediblər.