AHİK-in nümayəndə heyəti Avstraliya İttifaqında səfərdədir – YENİLƏNİB

737

Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.

Qurultayda BHİK-ya üzv ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.

Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edir.

Avstraliya Həmkarlar İttifaqları Şurasının prezidenti xanım Mişel Oneil tədbirin açılış mərasimində çıxış edib, qurultayın işinə uğurlar arzulayıb.

BHİK-nın Baş katibi xanım Şaran  Burrou son 4 ildə rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeniliklər barədə hesabat verib. Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş açılış mərasiminə onlayn qaydada qoşulub.

Qurultayın ikinci günü seçki hesablama komissiyasının tərkibi  müəyyənləşib.

Sonra Plenar iclasda milli həmkarlar ittifaqlarının məruzələri dinlənilib.


*** 17 noyabr, saat: 14:29

Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 5-ci Dünya Qurultayı keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qurultayın işində iştirak edir.

Bu gün qurultayın açılış mərasimi olub.