Tədbirlər “Layiqli iş, ədalətli iş saatları” şüarı altında keçirildi

416

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası bu il 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Gününü “Layiqli iş, ədalətli iş saatları” şüarı altında keçirib. Bu münasibətlə təşkil olunan tədbirlərdə çıxış edən Bakı şəhəri üzrə rayon komitələrinin sədrləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və veteranlarının sosial müdafiəsi istiqamətində apardığı işlər, həmkarlar ittifaqlarının işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı, 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin imzalanmasına hazırlıq, kiçik və orta sahibkarlığa dövlət dəstəyi və s. barəsində geniş məlumat veriblər. Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılovun iştirakı ilə “MİR” telekanalında baş tutan tədbir qanvermə aksiyası ilə yekunlaşıb.

Azərbaycan Kooperasiya Universitetində, Bakı Biznes və Kooperasiya Kollecində, Bakı Turizm Peşə Məktəbində  keçirilən maarifləndirici tədbirdə də tələbələrin fəal iştirakı xüsusi diqqət çəkib.

Silsilə tədbirlər başa çatdıqdan sonra Federasiyada yekun iclası keçirilib və görüşlərdə səslənən fikirlər, təkliflər müzakirə olunub.

“Ülfət” qəzeti