“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyanın sədri Türkiyənin TARIM-İŞ Həmkarlar İttifaqının 21-ci Qurultayında iştirak edib

554

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev Türkiyənin paytaxtı Ankara şəhərində bu ölkənin TARIM-İŞ Həmkarlar İttifaqının 21-ci Qurultayında iştirak edib.

Çıxışında T.Quliyev AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, AHİK 20 ilə yaxındır ki, Türkiyəli həmkarları ilə dostluq və tərəfdaşlıq edir. İki qardaş ölkənin həmkarlar ittifaqı komitələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayan T.Quliyev AHİK-in ötən dövrlərdə, o cümlədən pandemiya və 44 günlük Vətən müharibəsi şəraitində keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Federasiya sədri həmçinin Türkiyə dövlətinin Vətən müharibəsində Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəkdən bəhs edib, buna görə türkiyəli qardaşlarımıza təşəkkür edib.

T.Quliyev üzərində Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin fotosu əks olunmuş xatirə hədiyyəsini TARIM-İŞ sendikasının sədri İlhami Polata təqdim edib və qurultayın işinə uğurlar diləyib.