“Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda konfrans keçirilib

635

Kənd Təsərrüfatı Nazirliyi ilə nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi birlikdə 15 oktyabr – Beynəlxalq Kənd Qadınları Gününə həsr olunmuş “Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda konfrans keçirib.

Konfransı giriş sözü ilə açan nazir müavini İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan, fermerlərə yaradılan əlverişli şəraitdən danışıb. Qeyd edib ki, həyata keçirilən tədbirlər aqrar sahənin inkişafı və bölgələrdə əhalinin məşğulluğunun artmasına səbəb olur. Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin inkişafını, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini daim dəstəkləyir və köməkliyini əsirgəmir. Çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak qadınların rəhbərlik etdiyi müəsssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadı və sosial həyatda iştirakının təmin edilməsi, iqtisadi fəaliyyətlərinin dəstəklənməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov müasir Azərbaycan cəmiyyətində, ölkənin ictimai həyatında qadınların rolundan danışıb. O, ümidvar olduğunu bildirib ki,  regional qadın təşkilatlatlarının cəmiyyətə fəal inteqrasiya etməsi kənd qadınlarının həyatını yaxşıya doğru dəyişməkdə böyük rol oynayacaqdır.

Fuad Məmmədov aqrar sahədə həmkarlar təşkilatlarının fəaliyyəti barədə də konfrans iştirakçılarına geniş məlumat verib.