Türkiyənin TÜRK-İŞ Həmkarlar İttifaqının sədri Ergün Atalay AHİK sədri Səttar Möhbalıyevə dəstək məktubu göndərib

565

Məktubda deyilir!

Əziz qardaşım.

Öyrəndim ki, Dağlıq Qarabağın zəfəri ilə Azərbaycana məğlub olan Ermənistan dünən axşam saatlarında Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində geniş təxribatlarını davam etdirir. Bu vəziyyətin qarşısını almaq və təxribatları dəf etmək üçün Şanlı Azərbaycan ordusu dərhal lazımi cavabı verdi. Bir daha bildiririk ki, Ermənistan öz təxribat və təcavüzlərinə dərhal son qoymalı, Azərbaycanın qanuni hüquq və mənafelərinə hörmətlə yanaşmalı olduğunu bəyan etməlidir. Bu hadisələri nəzərə alaraq bir daha qeyd etmək istəyirəm ki, şəxsən mən və TÜRK-İŞ ailəsi olaraq hər zaman əziz Azərbaycan xalqının və şanlı ordusunun yanındayıq. Yaşasın Azərbaycan Respublikası və Qəhrəman övladları..

 

Hörmətlə   TÜRK-İŞ Həmkarlar İttifaqının sədri

 Ergün Atalay