Şəhid ailələləri həmkarlar təşkilatlarının daim diqqətindədir

429

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım günündə Kənd Təsərrüfatı Nairliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri Göygöl və Lerik rayonunda şəhid ailələrini ziyarət etmişlər.

Görüşlərdə 44 günlük  müharibədə şəhid olmuş vətən övladlarının döyüş yolu xatırlanmış, həmkarlar ittifaqının nümayəndələri onların ailə üzvlərinin qayğıları ilə maraqlanılmışlar. Həmkarlar təşkilatı tərəfindən bütün şəhid ailələrinə, eləcədə bəzi qazilərə “Azəraqrar  Dövlət İstehsalat və Emal Birliyi”  müəssisənin istehsal etdiyi məhsullardan ibarət ərzaq sovqatı təqdim etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!