BAŞSAĞLIĞI

894

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Başsağlığında deyilir:

“Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhadət zirvəsinə ucalan hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirəm.

Allah şəhidlərimizə rəhmət eləsin”.