Azərbaycan həmkarlar ittifaqları Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları ilə bağlı beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına müraciət edib

681

Müraciətdə deyilir:

 

“Ötən əsr 90-cı illərin əvvələrindən başlayaraq xarici havadarları tərəfindən silahlandırılan Ermənistan Azərbaycan torpaqlarını işğal edərək azərbaycanlıları doğma yurd-yuvalarından didərgin saldı. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etdi. Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan dəyib. Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizi mütəmadi olaraq atəş altında saxladı.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında olan Şərqi Zəngəzur və Qarabağ azad edildi. Artıq bölgədə əvvəlkindən fərqli olaraq bütün Cənubi Qafqazın və ümumilkdə regionun hərtərəfli inkişafına təkan verəcək yeni reallıqlar hakimdir. Bu, sabitliyə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, iqtisadi inkişafa xidmət edəcək yeni vəzifələrdir. Amma Ermənistan tərəfi bu reallıqlarla barışmaq istəmir, yenidən bölgədə gərginlik yaratmağa çalışır.

Belə ki, münasibətlərin normallaşması istiqamətində Azərbaycanın çağrışlarını müxtəlif bəhanələrlə əngəlləyir, danışıqlarda pozucu mövqe tutur, əldə edilmiş razılaşmalarda üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatda göstərilən erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyini hələ də yerinə yetirməyib.

Həmçinin son illər Ermənistanda istehsal olunan minalarla ərazilərimizin yenidən çirkləndirilməsi bu ölkənin əsl xain xislətini bir daha ortaya qoymuş olur.

Azərbaycanın normallaşma və sülh naminə səylərinə baxmayaraq, Ermənistan sərhədlər boyunca hərbiləşməni artırır, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirir, müxtəlif hərbi təxribatlara əl atır.

Bu da hərbi qulluqçular, xidməti vəzifələrini yerinə yetirən mülki insanlar arasında itkilərə səbəb olur, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərinin ləngiməsinə gətirib çıxarır.

Ermənistan bu kimi çirkin əməllərini davam etdirərək sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında yenidən dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı hərbi təxribat törədib. Bu, birbaşa beynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə olunmuş digər razılaşmaların kobud şəkildə pozulmasıdır. Aydın görünür ki, bu ölkə sülh prosesində maraqlı deyil, öz təcavüzkar siyasətini hələ davam etdirmək niyyətindədir.

Biz Azərbaycan həmkarlar ittifaqları olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Qlobal Sahə Həmkarlar İttifaqlarına müraciət edərək vurğulayırıq ki, Azərbaycan həmişə olduğu kimi sülhə, sabitliyə sadiqdir, milli maraqlar çərçivəsində hətərəfli əməkdaşlığa, mehriban qonşuluq prinsipinə daim üstünlük verir. Ermənistan da konkret mövqedən çıxış etməli, təxribatçı əməllərinə son qoymalı, üçtərəfli Bəyanatlardan və digər razılaşmalardan irəli gələn bütün öhdəlikləri mütləq yerinə yetirməlidir.

Mütəmadi olaraq hərbi təxribatlar törədən, Azərbaycana qarşı mina terrorunu hələ də davam etdirən, işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda aparılan bərpa-quruculuq işlərinə mane olan, insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə Sizi dərhal və sərt reaksiya verməyə çağırırıq”.

 

AHİK İcraiyyə Komitəsi:

AHİK-in sədri, millət vəkili                                           S.Möhbalıyev

 

AHİK sədrinin I müavini                                              İ.Əliyev

AHİK sədrinin müavini                                                A.Dadaşov

AHİK sədrinin müavini                                                C.Alxasov

AHİK sədrinin müavini                                                 H.Osmanov

AHİK sədrinin müavini                                                Ə.Ağasiyev

Aviasiya İşçiləri HİRK-in sədri                                     M.Əsədov

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı

İşçiləri Hİ-nin sədri                                                       H.Kərimov

Azərbaycan Milli Elmlər Akademiyası

İşçiləri Azad Hİ-nin sədri                                              H.Qurbanov

Bələdiyyə İşçiləri HİRK-in sədri                                    M.Xəlilov

«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri                      A.Abbasov

Dəmiryolçuların Müstəqil HİRK-in sədri                     F.Bağırov

Dəniz Nəqliyyatı İşçiləri

HİRK-in sədri                                                         S.Allahverdiyev

Fövqəladə Hallar Nazirliyi İşçiləri

HİK-in sədri                                                                  M.İsmayılov

Gömrük İşçiləri Həmkarlar İttifaqı

Birliyinin sədri                                                               S.İbrahimov

 

«Xidmət-İş» Hİ Federasiyasının

vitse-Prezidenti                                                              C.İsmayılov

“İnşaat-İş” Hİ-in sədri                                                  U.Hüseynov

Su Təsərrüfatı İşçiləri HİRK-in sədri                            A.Məmmədov

“Kənd-Qida-İş” Hİ

Federasiyasının sədri                                                     T.Quliyev

Metal İşçiləri Hİ Federasiyasının

prezidenti                                                                       B.Yusifov

Mədəniyyət İşçiləri HİRK-in sədri                                A.Atakişiyev

Müdafiə Sənayesi İşçiləri

HİRK-in sədri                                                                S.Mahmudov

 Metropoliten İşçiləri Hİ-in sədri                                   A.Mərdanov

Naxçıvan Muxtar Respublikası

Hİ Şurasının sədri                                                         A.İbrahimov

Neft və Qaz Sənayesi İşçiləri

HİRK-in sədri                                                                C.Əliyev

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək

Texnologiya İşçiləri HİRK-in sədri                               R.Səfərov

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye

İşçilərinin HİRK-in sədri                                               M.Salmanov

Səhiyyə İşçiləri HİRK-in sədri                                      E.Əfəndiyev

Təbii Sərvətlər və Ekologiya İşçiləri

HİRK-in sədri                                                                T.Quliyev

Təhsil İşçiləri Azad HİRK sədrinin

 birinci müavini                                                             H.Nağıyev

Yerli Sənaye və Kommunal Məişət

Müəssisələri İşçilərinin HİRK-in sədri                          T.Hacıyev