Minaya düşən polkovnik-leytenant Vüqar İsbəndiyarovun səhhəti AHİK rəhbərliyinin diqqət mərkəzindədir

1807

Xəbər verildiyi kimi Müdaifə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik-leytenant Vüqar İsbəndiyarov iyulun 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində – Cəmilli kəndində minaya düşərək ağır xəsarət alıb. Hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub. O hal-hazırda Gəncə şəhər Mərkəzi Klinikasında müalicə olunur. Onun səhhəti və müalicəsi dövlətimizin diqqət və qayğısı altındadır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tapşırığına əsasən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibində olan Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov Gəncə şəhər Mərkəzi Klinikasında müalicə olunan polkovnik-leytenant Vüqar İsbəndiyarova baş çəkib, onun səhhəti və problemləri ilə maraqlanıb, həmkarlar ittifaqları adından maddi yardım göstərib. Hərbçimizə şəfa diləyir və onun tezliklə sağalmasını arzulayırıq.