Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının MƏLUMATI

735

“Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilib və həmin Çıxarış indi də qüvvədədir. Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in mülkiyyətindədir.

Lakin təəssüf hissi ilə bildiririk ki, “Yasamal” İdman Sağlamlıq Klubunun sabiq direktoru Alik Həsənov “Məhsul” stadionuna saxta yolla öz adına mülkiyyət hüququ haqqında şəhadətnamə düzəltmişdir. Sabiq direktor özünün düzəltdiyi saxta şəhadətnamə əsasında dələduzluq edərək bir neçə sahibkarla əlaqəyə girmiş, onları aldatmış, stadionu müxtəlif məbləğlərə onlara satacağı barədə vədlər vermiş, bununla da heç bir hüquqi əsası olmayan əməllər törətmişdir.

Kütləvi informasiya vasitələrindən və bu cür məsələlərə fikir bildirmək istəyən ayrı-ayrı şəxslərdən xahiş edirik ki, yazılarında və fikirlərində sensasiya yaratmaqdan uzaq olsunlar, rəsmi məlumatlara istinad etsinlər.