Avropa çempionatlarında və V İslam Həmrəyliyi Oyunlarında mükafata layiq yerlər tutmuş idmançılarla və onların məşqçiləri ilə görüş keçirilmişdir

484
Görüş zamanı Qazax rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov çıxış edərək idmançıları təbrik etmiş və gələcək yarışlarda onlara uğurlar arzulamışlar.
Daha sonra Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən sərbəst güləş üzrə U- 17 Avropa çempionatının bürünc mükafatçısı Şəmistan Axundov və onun məşqçisi əməkdar məşqçi Kərəm Axundov, Polşanın Raşin şəhərində keçirilən ağır atletika üzrə U-17 Avropa çempionatının qalibi Avropa rekordçusu Ravin Alməmmədov, təkanla qaldırma hərəkətində həmin yarışın bürünc mükafatçısı Qasım İsmayılov və onların məşqçiləri, əməkdar məşqçi Rəayət Abdalov, Türkiyənin Konya şəhərində keçirilən sərbəst güləş üzrə V İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Əsgər Məmmədəliyev və onun məşqçisi əməkdar məşqçi Fazil Ismayılov Qazax rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
İdmançılar və məşqçilər onlara göstərilən diqqət və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinə, Rayon Gənclər və İdman İdarəsinə və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinə öz minnətdarlıqlarını bildirmiş və gələcəkdə daha yüksək nəticələr əldə edəcəklərinə söz vermişlər.