AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı olunub

442

Avqustun  26-da “Kənd-Qida-İş”  Hİ Federasiyasının  təşkilatçılığı ilə Bakı şəhərində BƏT-nin dəstəyi ilə AHİK tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı olub.

Təqdimat mərasimində, “Kənd-Qida-İş”  Hİ Federasiyasının  sədri Tofiq Quliyev,  Azərbaycan Həmkarlarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat  şöbəsinin müdirinin müavini Əli Cəfərov, Federasiyanın ilk təşkilatlarının sədrləri  və Hİ fəalları iştirak ediblər.

Öncə “Kənd-Qida-İş”  Hİ Federasiyasının  sədri Tofiq Quliyev, Azərbaycan Respublikası Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin “Twitter “ hesabında paylaşımı oxudu:  “Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” və hər kəsi bu münasibətlə təbrik etdi. Sonra isə Tofiq Quliyev Dayanıqlı inkişafın 17 məqsədi, Dayanıqlı İnkişaf  Məqsədlərin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər barədə məlumat verib. Məruzə üçün söz Federasiyanın sədr müavini Təhmasib Əliyevə verilib. O qeyd etdi ki, Ölkənin dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində məhz insan faktorunun, hər bir vətəndaşın layiqli yaşayış və layiqli iş yeri ilə təmin olunması prinsipinin dayanması, onun məşğulluq problemlərinin həlli, həyat və sağlamlığının mühafizəsi dayanır.

Bu məqsədə nail olmaq üçün Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfi bütün səviyyələrdə yoxsulluqla mübarizə tədbirlərini gücləndirməklə, ölkədə mütləq yoxsulluq səviyyəsini mümkün olan minimuma endirmək və əhalinin bütün təbəqələrinin rifah halını yüksəltməkdir.

Bu istiqamətdə Azərbaycanda biri-birini tamamlayan strateji layihələrin, sosial-iqtisadi proqramların həyata keçirildiyini bildirdi.

Yekunda  AHİK-in Təşkilat işləri və məlumat  şöbəsinin müdirinin müavini Əli Cəfərov tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.