Federasiyanın dəstəyi ilə şəhid anılıb

644

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

Vətən müharibəsində “Az-Granata” MMC-nin sabiq işçisi Səmədov Hüseyn Müşviq oğlu Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olmuşdur.

Federasiya dəstəyi ilə cari ilin 30 avqust tarixində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Səmədov Hüseyn Müşviq oğlunun Mövlud tədbiri  keçirilmişdir.

Tədbirdə “Az-Granata” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri – Cabbar Məmmədov  iştirak etmişdir. Tədbirdə çıxış edərək şəhid Səmədov Hüseyn haqqında xatirələri ilə bölüşdü. Allahdan bütün şəhidlərə rəhmət dilədi. Allah rəhmət eləsin.