Türkiyənin həmkarlar təşkilatları ilə əlaqələr genişlənir

1119

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olmuşdur. Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqının dəvəti ilə həyata keçirilən səfərin məqsədi hər iki ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi və imkanların qarşılıqlı müzakirəsindən ibarət idi. Səfər zamanı Türkiyənin aqrar sahədə fəaliyyət göstərən həmkarlar təşkilatlarının rəhbər nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir.

“Türk Tarım Orman Sen” (Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqı) ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq imkanları müzakirə olunmuş, birgə fəaliyyət haqqında razılaşma əldə edilmişdir.

“Türk Tarım Orman Sen” həmkarlar ittifaqı təşkilatlarının yaranmasının 30 illiyi münasibəti ilə təşkilatın sədri Əhməd Dəmirçiyə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı  Komitəsi adından hədiyyə təqdim edilmiş yaxın gələcəkdə təşkilatlar arasında əməkdaşlıq protokolu imzalanması barəsində razılıq əldə olunmuşdur.

Növbəti görüş Türkiyənənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirinin müavini Nihad Pakdil ilə olmuşdur. Görüşdə son dövrlərdə Türkiyə Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı haqqında məmnunluqla danışılıb. Xüsusən işğaldan azd olunmuş torpaqlarda kənd təsərrüfatı sahəsində türk şirkətlərinin geniş fəaliyyəti qeyd olunub. Bundan başqa sahə içşilərinin əmək hüququ, həmkarlar ittifaqlarının fəaliyyətləri, işçilərin iqtisadi-sosial maraqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsələ haqqında fikir mübadiləsi aparılıb. Professor Nihat Pakdil qardaş ölkənin həmkarlar ittifaqının nümayəndələrinin səfərindən məmnun olduğunu bildirib.

Səfər müddətində Türkiyənin üzvlərinin sayı baxımından ən böyük həmkarlar konfedrasiyası olan  “Memur-Sen”-in üzv təşkilatı olan “Türkiyə Tarım və Orman Çalışanları Həmkarları”nin sədri Hüseyn Öztürklə görüş keçirilib. Görüşdə dövlət sektorunda çalışan sahə işçilərinin qayğılarından, problemlərindən və həmkarlar təşkilatının gördüyü işlərdən  bəhs edilib. 45min ittifaq üzvünü özündə birləşdirən “Toç Bir-sen”lə yaxın vaxtlarda əməkdaşlıq müqaviləsi bağlanması haqqında razılıq əldə olunub. Qeyd olunub ki, bu cür səfərlər iki qardaş ölkənin həmkarlar təşkilatları arasında əlaqələrin daha da genilənməsinə imkanlar açacaq.