Zaqatalada AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı olub

597

Zaqatala rayonunda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitabının təqdimatı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Balakən, Qax, Şəki, Oğuz telekommunikasiya qovşaqları və poçt filiallarının həmkarlar ittifaqı komitələrinin sədrləri də iştirak ediblər.

Çıxış edən Respublika Komitəsinin əməkdaşları AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, AHİK tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən, həmçinin komitənin sahə üzrə fəaliyyətindən söz açıblar.

Bildirilib ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.