2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri müzakirə olunub

535

İyulun 8-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin (RK) təşkilatçılığı ilə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində BƏT-nin dəstəyi ilə AHİK tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı olub.

Təqdimat mərasimində Azərbaycan Həmkarlarlar İttifaqları Konfederasiyasının (AHİK) Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov, MİHİ RK-nın Təşkilat şöbəsinin müdiri Çingiz İbrahimov, Xaçmaz Regional Mədəiyyət İdarəsinin əməkdaşı, MİHİ-nin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

N.Hüseynov tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Sonra kitabın təqdimatı ilə bağlı Ç.İbrahimov Dayanıqlı inkişafın 17 məqsədi, Dayanıqlı İnkişaf Məqsədlərin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər barədə məlumat verib. Onun sözlərinə görə, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycanda biri-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Məhz bunun nəticəsidir ki, ölkəmizin davamlı sosial-isqtiadi inkişafı təmin edilir.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.