Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Səyyar İclası keçirilib

941

İyunun 21-də Sumqayıt şəhərində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Səyyar İclası keçirilmişdir.
İlk olaraq tədbir iştirakçıları tərəfindən Azərbaycanın Ümummilli Lideri Ulu Öndərimiz Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilmiş, gül və əklil qoyulmuşdur.
MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin İclası Sumqayıt Dövlət Dram Teatrının Konfrans zalında keçirilmişdir.
İclasın açılışında MİHİ Respublika Komitəsinin sədri C.Səttarova tədbir iştirakçılrına MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin 2022-ci ilin İş Planına Müvafiq olaraq “MİHİ-nin Regional Ərazi Metodiki Mərkəzləri tərəfindən görülən işlər haqqında” məsələnin müzakirə olunacağı barədə məlumat vermişdir.
Tədbirin rəsmi hissəsindən sonra tədbir iştirakçıları üçün Regional Mədəniyyət İdarəsi tərəfindən konsert təşkil edilmişdir. Konsertdə Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdləri müxtəlif repertuarlarla çıxış etmişlər. Konsert proqramının MİHİ Abşeron rayon Komitəsinin sədri İ.Manafov dirijorluğu ilə xalq çalğı alətləri orkestri müşaiyyət etmişdir.