Həmkarlar təşkilatları fəal üzvlərini daim qiymətləndirir

776

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsi Baytarlıq Elmi Tədqiqat İnstitutunda görüş keçirib.

Görüşdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, iş yerlərində işçilər üçün lazımi şəraitin yaradılması, onların sağlamlığı, istirahəti, bu və ya digər sahələrdə həmkarlar təşkilatlarının gördüyü işlər barədə danışılıb, əmək kollektivlərində bilik və bacarığı, işə münasibəti ilə fərqlənən şəxslərin xüsusilə diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib.

İnstitutun direktoru Sialə Rüstəmova çıxışında qeyd edib ki, İnstitutun Arı və balıq xəstəlikləri şöbəsinin müdiri Afət Süleymanova kollektivimizin məhz belə üzvlərindəndir və onu 55 illik yubileyi münasibətilə təbrik edib.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin sədri Fuad Məmmədov təşkilatın işində fəal iştirakına görə yubilyarı təbrik edərək ona fəxri diplom təqdim edib.

A.Süleymanova onu təbrik edənlərə və tədbirin təşkilatçılarına təşəkkür edib. Qeyd edib ki, bundan sonra da bilik və bacarığını, əldə etdiyi zəngin təcrübəni ölkə elminin, aqrar siyasətin inkişafına sərf edəcək.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi