Həmkarlar ittifaqları tərəfindən qazilər daim diqqət mərkəzindədir

588

Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazinin Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “Orman” İstirahət Mərkəzində istirahətləri üçün proqram həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan proqram çərçivəsində müxtəlif idman növləri – mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat yarışları təkil olunur. Həmçinin onların mənalı və səmərəli istirahətləri üçün hər cür keyfiyyətli şərait yaradılıb.

Yarışlarda qalib komandaların mükafatlandırılması da nəzərdə tutulub.