“Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyələrin təqdimatı” ilə bağlı tədbir keçirilib

968
İyunun 24-ü Azərbaycan Həmkarlar İttifaqları Konfederesayisanın Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə Gəncə şəhəri Kəpəz bələdiyyəsində “Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyyələrin təqdimatı” ilə bağlı tədbir keçirilib.
Tədbirdə AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfətdişi Məhəmməd Kərimov,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi İman Abdiyev, Gəncə şəhəri Nizami rayon bələdiyyəsi, Qazax, Tovuz və Şəmkir bələdiyyələrinin rayon komitələri, həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak iştirak ediblər.
Çıxış zamanı AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan,görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar.
Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.